понедельник, 12 марта 2012 г.

Bərdədə yüksək sürət yenə can aldı [Video]

Yüksək sürət yenə can aldı. Daha bir qəza, Bərdə-Tərtər magistralında baş verib. Yüksək sürətlə hərəkət edən Mersedes markalı avtomobil, yoldan çıxaraq dərəyə yuvarlanıb. Şahidlərin dediklərinə görə, sürücü ötmə əməliyyatını yerinə yetirərkən gecikib və qarşıdan gələn avtomobillə toqquşmadan qaçmaq üçün, yolun tamamilə sol tərəfinə keçib, Yolun soluna çıxandan sonra torpaq yola düşən avtomobil, sürüşərək idarəetməni itirib. Nəticədə maşın yolun solundakı, daş karxanasına məxsus dərəyə yuvarlanıb.

Sərnişin elə hadisə yerindəcə dünyasını dəyişsə də,sürücü ağır bədən xəsarətli alaraq xəstəxanaya yerləşdirilib. AzTopNews, CTV bölgə müxbirinin hadisə yerindən hazırladığı reportajı,sizə təqdim edir.

Комментариев нет:

Отправить комментарий