вторник, 6 марта 2012 г.

Ağcəbədidə polis biganəliyinə qarşı etiraz aksiyası keçirilib [Video]

İtkin düşən qızın qohumları,Ağcəbədidə yolu kəsərək etiraz aksiyası keçiriblər. Onların etirazlarına səbəb polisin bu məsələyə biganə yanaşması göstərilir. Belə ki, qızın yaxınları iddia edirlər ki, Ağcəbədi polisi axtarışlara ciddi yanaşmır.Hadisə yerinə gələn rayon icra hakimiyyəti nümayəndələri də qızın qohumlarını dinləyiblər. Polisin müdaxiləsindən sonra aksiya yekunlaşıb.
Xatırladaq ki, 19 yaşlı Ağcəbədi sakini, evdən naməlum şəkildə yoxa çıxıb. Artıq 3 gündür ki, onun axtarışları davam edir.

AzTopNews sizə CTV-in hadisə yerindən hazırladığı videoreportajı təqdim edir.


Комментариев нет:

Отправить комментарий