вторник, 6 марта 2012 г.

Ucarda 3 avtomobil toqquşdu,2 nəfər həyatını itirdi [Video]

Ötən gün, gecə satlarında, Ucar rayon ərazisində, 3 avtomobil toqquşub. Ağır yol nəqliyyat hadisəsində 2  nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Hadisə Bakı-Kürdəmir-Qazax magistral yolunun 248 -ci km-də,Ucar rayon Qazqumlax kənd ərazisində baş verib. Avto qəzada, 25 yaşlı Ucar rayon  Qarabörk kənd sakini Səbuhi Əliyev idarə etdiyi vaz 2108 markalı avtomabillə Ucar istiqamətinə hərəkətdə olarkən,  bu zaman həmin yolun əks istiqamətində


hərəkətdə olan Yevlax rayon sakini 38 yaşlı Azər Adıgözəlovun idarə etdiyi “MERSEDESS” 190 markalı avtomabillə toqquşaraq yoldan keçən digər avtomobil , Bakı şəhər sakini 51 yaşlı  Elşən Cəbrayılov un idarə etdiyi “MERSEDESS” 200 markalı avtomobilə  çırpılıb.
AzTopNews CTV-in hadisə yerindən hazırladığı videoreportajı sizə təqdim edir.

Комментариев нет:

Отправить комментарий