четверг, 22 марта 2012 г.

"Böyük Oyun" öncəsi "Xəzər-Lənkəran"ın böyük itkisi

“Böyük oyun” öncəsi “Xəzər Lənkəran” komandası növbəti məşqini martın 22-də keçirdi. 12cioyuncu.info saytının əldə etdiyi məlumata görə komanda martın 22-də Bakının Xırdalan qəsəbəsində yerləşən Bakı şəhər yol polisi idarəsinə məxsus stadionda saat 16:00-da məşqə çıxıb. Əsasən toplu çalışmalarla davam edən hazırlıq prossesinin sonunda iki tərəfli oyun da keçirilib. 

Baş məşqçi Yunis Hüseynov artıq komanda ilə yaxşı tanış olmuş və hər bir futbolçunun fərdi qaydada nəyə qadir olduğunu da müəyyənləşdirmişdir. Eyni zamanda “Neftçi” komandasının son oyunlarını analiz edərək yeni baş məşqçi “Xəzər Lənkəran”ın paytaxt səfərindən uğurlu nəticə ilə dönməsi üçün taktiki hazırlıq planını həyata keçirir.
Bununla belə Hüseynov heyətdəki problemlərlə də üz-üzə qaldığının çətinliyini anlamalıdır. Beləki, “Bakı” ilə oyunda çiynindən zədə alan Elnur Abdullayev martın 22-də keçirilən məşqə qatılmayaraq yalnız qaçışla kifayətləndi. Lakin bu da heyətdə sonuncu itki deyil. Məsələ burasındadır ki, martın 19-da “Fırtınalar meydanı”nda keçirilən qarşılşamanın ilk dəqiqələrində zədələnərək əvəz olunan Elvin Beqiri zədəsini sağalda bilmədiyi üçün “Neftçi” ilə oyunda iştirak edə bilməyəcək. Bu da öz növbəsində “Xəzər Lənkəran”ın müdafiəsində problemin yaranmasına səbəb ola bilər.
Qeyd edk ki, “Xəzər Lənkəran” komandasının martın 22-də keçirdiyi məşq bir saat 15-dəqiqə davam etdi.

Комментариев нет:

Отправить комментарий