четверг, 22 марта 2012 г.

İntihar edən ana bayram günündə uşağını yetim qoydu

Balakən rayonunda intihar hadisəsi baş verib. Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 21-də rayonun Gərəkli kəndində qeydə alınıb. Kənd sakini, 25 yaşlı Rəsmiyə Həsən qızı Həsənova yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asıb.
Onun meyiti ailəsi tərəfindən aşkarlanıb. Rəsmiyə Həsənovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Onun bir uşaq anası olduğu bildirilir. Faktla bağlı Balakən Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Комментариев нет:

Отправить комментарий