четверг, 22 марта 2012 г.

Göyçayda avtomobil piyadanı vurdu

Azərbaycanın Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14:00 radələrində Göyçay şəhərinin Əli Kərim küçəsində qeydə alınıb. Rayonun Şəkər kənd sakini, 1966-cı il təvəllüdlü Əhmədov Zülfü Səməd oğlu idarə etdiyi 23-BB-652 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili ilə yolu keçən piyadanı - 1968-ci il təvəllüdlü Eyvazov Akif Əlisa oğlunu vurub. 
A. Eyvazov ağır dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Hadisə şahidlərinin məlumatına görə, avtomobili sürücünün yeniyetmə oğlu idarə edirmiş. Hadisənin kimin tərəfindən törədilməsi faktı araşdırılır. 

Комментариев нет:

Отправить комментарий