пятница, 23 марта 2012 г.

ATƏT-in Minsk qrupunda Fransa əvəzlənə bilər

Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyası bununla bağlı sənəd qəbul edib
Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasında Avropa Birliyinin (AB) ATƏT-in Minsk qrupunda Fransanı əvəz etməsini nəzərdə tutan sənəd qəbul olunub. 
APA-nın məlumatına görə, sənəddə AB-nin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunda Fransanın mandatını əvəz etməsi təklif olunur. Ermənistanla bağlı digər məsələlərin də yer aldığı sənəd Avroparlamentin plenar iclasında səsverməyə çıxarılmalıdır.
Sənədin Avroparlamentin müzakirəsinə bir ay sonra çıxarılacağı gözlənilir. 

Комментариев нет:

Отправить комментарий