вторник, 13 марта 2012 г.

Yahoo FaceBooku məhkəməyə verdi

 
Tanınmış İnternet şirkəti Yahoo dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook-u məhkəməyə verib. İddia ərizəsinə əsasən, Facebook şirkətə məxsus olan və Yahoo-nun adına patenləşdirilmiş 10 texnologiyadan qeyri-qanuni yolla istifadə edib. 
Öz iradlarını Yahoo, hələ fevral ayında irəli sürmüş və məsələnin dinc yolla həlli üçün Facebook-dan külli miqdarda kompensasiya tələb etmişdi. 


Kaliforniya ştatının San Hose dairə məhkəməsinin verdiyi məlumata əsasən, iddia olunan oğurlanmış patenlər arasında, onlayn reklamlar, özəl məlumatların qorunması və digər sosial seçənəklərə dair texnologiyalar sadalanır.
Mənbə: AnsPress

Комментариев нет:

Отправить комментарий