вторник, 20 марта 2012 г.

ABŞ dövlət katibindən bayram təbriki

ABŞ dövlət katibi Hillari Klinton dünyada Novruzu qeyd edən hər kəsi bayram münasibətilə təbrik edib. ANS PRESS-in ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, H. Klinton təbrikində bildirib ki, 3000 ildən çoxdur Novruz dünyada milyonlarla insan üçün bir ümid dövrüdür: “Amerika xalqı bu yeni ili, ailələr və dostlarla əlaqələrin gücləndirilməsi imkanını alqışlayaraq sizlərə qoşuluruq. 

Yeni təhlükələrlə üzləşməyimizə baxmayaraq, biz hələ də insan haqları və söz azadlığına – sülh və tərəqqiyə kömək edən hüquqlara dəstək siyasətimizə sadiq qalırıq”.

Комментариев нет:

Отправить комментарий