воскресенье, 4 марта 2012 г.

Polşada 2 qatar toqquşdu. Ölənlər var [Video]

  

Polşanın Szczekociny şəhəri yaxınlığndakı Krakow qəsəbəsində baş verən qatar qəzasında 15 adam həyatını itirib, 54 yaralıda 30-nun vəziyyətinin daha ağır olduğu  bildirilir.
Qatar qəzasını son illərdə Polşada baş verən ən böyük tragediya kimi qiymətləndirən Polşa Nəqliyyat Naziri Slawomir Nowak Polşada nəşr edən TVN24 verdiyi müsahibədə bu ana qədər 15 adamın öldüyü və yaralılar arasında 30 adamın da ciddi şəkildə həyati təhlükələrinin olduğunu ifadə etdi.

Polşa Baş naziri Donald Tusk və Nəqliyyat Naziri Slawomir Nowak qəza yerinə gəliblər. Donald Tusk, qazanın son illərdə Polşada baş verən ən ağrılı hadisə olduğuna diqqət çəkdi.O həmçinin, qəzanın səbəblərini söyləmək üçün erkən olduğunu da əlavə etdi.
Xilasedicilər dünən gecədən etibarən hadisə yerindədirlər.
Qatarda Ukrayna,Fransa və İspaniyadan da vətəndaşların olduğu lakin onlardan ölənlərin olmadığı ifadə edildi.
Dünən gecə Przemysldən Varşavaya hərəkət edən qatarla səhv yola girən Varşavadan Krakowa gedən qatar, ölkənin cənubundakı Szczekociny şəhərində toqquşublar. İki qatarda cəmi 350 sərnişin olub.


Комментариев нет:

Отправить комментарий