четверг, 8 марта 2012 г.

Lady Gaga daha bir rekorda imza atdı

Məşhur amerikalı müğənni,Lady Gaga 20 milyon izləyici toplayan, ilk Twitter istifadəçisi kimi, sosial şəbəkənin tarixinə keçdi.
Albomları ilə satış rekordarları qıran müğənni, bu üstünlüyünü sosial şəbəkələrdə də davam etdirir.Gaga,20 milyon izləyici toplayan ilk istifadəçidir. Növbəti pillələrdə, 18 milyon izləyici ilə Justin Bieber,15.7 milyon izləyici ilə Katy Perry və 14.5 milyonla Shakira məskunlaşıb.

Twitterin ən məşhur istifadəçisi, digər sosial şəbəkələrdən də aktiv istifadə edir. Facebookda, Lady Gaga səhifəsini bəyənənlərin sayı, 48 milyondur. Google+ da isə müğənnini, 800 min insan “əhatəyə alıb”.
Sosial şəbəkələrdəki üstünlüyündən maksimum istifadə edən müğənni,burda apardığı uğurlu tanıtımlar sayəsində ,son albomunu,bütün dünyada 8 milyondan artıq tirajdan stmağı bacarmışdı.
Xatırladaq ki, 25 yaşlı müğənni ötən il,23 milyon albom sataraq diqqətləri üzərinə çəkməyə nail olmuşdu.

Комментариев нет:

Отправить комментарий