понедельник, 5 марта 2012 г.

Adele 28 yaşına kimi 3 dəfə cinsini dəyişdirib!!!

İngiltərədə yaşayan Adele; mavi saçları, döymələri ilə adi bir gənc qadın görünüşü verir.
Əslində isə Adelein əhvalatı olduqca maraqlıdır.Çünki Adele 28 yaşında olmasına baxmayaraq cinsini tam olaraq aydınlaşdırana qədər 3 dəfə cinsiyyətini dəyişdirdi. İnanmaq çətin olsa da Adeleh gah qadın oldu gah da kişi.
İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan Daily Mailin xəbərinə görə Adeleh əslində bir kişi olaraq dünyaya gəlib.

Lakin Adele hələ 3 yaşındaykən  özünü qız kimi hiss edirdi. Ailəsi isə onu bir oğlan olaraq yetişdirirdi. O, uşaqlığı boyunca kişi oyuncaqlarıyla və avtomobillərlə oynamağa məcbur edildiyini də bildirib .
Bir televiziya proqramında hekayəsini izah edən gənc qadın, daha sonra yetkinlik yaşına çatanda bir klinikaya aparıldığını söylədi. Klinikada əməliyyat keçirməməsinə baxmayaraq onun bir qadın şəxsiyyətində olduğuna və bu şəkildə yaşamasına qərar verilib.
20 yaşında isə Adele, özünü kişi kimi hiss etməyə başlamış və yenidən kişi olaraq həyatına davam etmişdir.
Daha sonra Taylanda gedərək silikon taxdıran Adele, bir neçə estetik əməliyyat da keçirib. Hekayə çox uzanır ancaq cinsi şəxsiyyətini tapma istiqamətində uzun və çətinlikli illər keçirən Adelenin  son olaraq cüt cinsiyyətli olduğu təsbit edildi.
Bu diaqnozun qoyulmasıyla başındakı qarışıqlığın sona çatdığını söyləyən Adele, indi bu problemi yaşayan uşaqların daha şanslı olduğunu, özünün doğulduğu dövrlərdə bu cür problemlərin üzə çıxarılmadığını da bildirib.

Комментариев нет:

Отправить комментарий