воскресенье, 11 марта 2012 г.

26 il öncə baş vermiş kosmik qəzanın görüntüləri [Video]

Flo Ridadakı, Kennedy Kosmos Mərkəzindən 28 Yanvar 1986-ci ildə buraxılan Challenger kosmik gəmisi, uçuşa başlamasından 73 saniyə sonra bərk yanacaq mühərrikindəki qəza səbəbiylə havada partlamış və parçaları Atlantik Okeanına düşmüşdü. Qəzada, yeddi astronovt həyatını itirmişdi.


Qazanın üzərindən 26 il keçdikdən sonra, Flo Ridalı, Jeffrey Ault tərəfindən çəkilən və bu günə qədər gizli qalan qəza videosu, Huffington Post tərəfindən nümayiş olundu.
Aultun bu qəzanı görməsi isə,tamamilə təsadüfdür. Belə ki o, lisey işi ilə əlaqədar olaraq, NASA-ya məktub yazır. NASA isə,böyük bir jest edərək kosmik gəmini izləmək üçün,Aultu uçuş meydançasına dəvət edir.
Challengerin yerdən yüksəlişini izləmə şansının, o zamana qədər yaşadığı ən həyəcanverici şey olduğunu söyləyən Ault, ana-atası və yoldaşı Bill Graber ilə meydançada yerlərini alıblar.. Ault, Chinon Super 8 kamerasıyla partlayışı lentə alarkən Graber,şəkillər çəkib.
AzTopNews sizə, həmin kadrları təqdim edir.

Комментариев нет:

Отправить комментарий