пятница, 9 марта 2012 г.
Qarabağ məsələsi İsveç parlamentində [Video]
İsveç parlamentində, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, qətnamənin müzakirəsi aprelin ikinci ongünlüyünə təyin olunub. Bu barədə İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib.
Emil Mirzəyevin sözlərinə görə, İsveç parlamentinin deputatları, qətnamənin aprelin 10-da müzakirəyə çıxarılacağını, qeyd olunan müddətdə qətnamə ilə bağlı səsvermənin keçiriləcəyini bildirib. Xatırladaq ki, bu, İsveç parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair səsverməyə çıxarılacaq ilk qətnamədir.
Göyçayda eyni vaxtda üç kənddə meşə yanğını [Video]
Göyçay rayonunda yanğın hadisələri baş verib. Hadisələr martın 7-də axşam saatlarından rayonda əsməyə başlayan güclü küləkdən sonra qeydə alınıb.
Baş verən yanğın nəticəsində Ləkçiplaq, Kürdəmiş və Qaraman kəndlərində kol-kos, ağaclar və quru ot, torpaq sahələrin kənarındakı qamışlıq zolağı yanıb.
Yanğının həyətyanı sahələrə, yaşayış evlərinə keçməsinin qarşısının alınması üçün, Göyçay yanğından mühafizə hissəsinin maşınları və canlı qüvvəsi,hadisə yerlərinə cəlb edilib və alov söndürülüb.
Ermənilər ölüləri də dinc buraxmırlar.Hədəf qəbirstanlıqlardır [Video]
El adət ənənələrinə uyğun olaraq ilaxır cərşənbəsindən sonar, camaat əzizlərinin qəbirini ziyarət edir,onların ruhuna ehsanlar paylanılır, dualar oxunur.Bu günlərdə cəbhəyanı kəndlərin qəbristanlığında, erməni gülləsi altında olan qəbirləri ziyarət etmək, olduqca çətin və təhlükəlidir.
Ağdamın Mirəşelli kənd qəbristanlığı ermənistan ordusunun gözü önündədir Düşmən ordusunun postu ilə qəbirstanlıq arasında məsafə cəmi 300-400 metrdir.
четверг, 8 марта 2012 г.
Balotelli bir həftəlik əmək haqqından məhrum edildi
O, Boltonla oyun ərəfəsində, komandanın yuxu vaxtından gec, düşərgəyə gəldiyi üçün cəzalandırılıb. Xatırladaq ki, Balotellinin həftəlik maaşı, 120 min funt sterliqdir.
Bəzi mənbələrin verdiyi xəbərə görə, o, qız dostu ilə striptiz kluba gedibmiş. Başı qızlara qarışan futbolçu,yuxu vaxtına gecikib.
Futbolçu verdiyi açıqlamada cərimədən narazı olmadığını və səhvin onda olduğunu qəbul edib.
Lady Gaga daha bir rekorda imza atdı
Məşhur amerikalı müğənni,Lady Gaga 20 milyon izləyici toplayan, ilk Twitter istifadəçisi kimi, sosial şəbəkənin tarixinə keçdi.
Albomları ilə satış rekordarları qıran müğənni, bu üstünlüyünü sosial şəbəkələrdə də davam etdirir.Gaga,20 milyon izləyici toplayan ilk istifadəçidir. Növbəti pillələrdə, 18 milyon izləyici ilə Justin Bieber,15.7 milyon izləyici ilə Katy Perry və 14.5 milyonla Shakira məskunlaşıb.
Подписаться на:
Сообщения (Atom)






