Показаны сообщения с ярлыком Dünya. Показать все сообщения
Показаны сообщения с ярлыком Dünya. Показать все сообщения

четверг, 22 марта 2012 г.

"Azərbaycan İsrail vətəndaşları üçün təhlükəli ölkələrdən biridir"

İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşları üçün terror təhlükəsinin real olduğu ölkələrin adını açıqlayıb.
APA-nın “İzrus”-a istinadən verdiyi məlumata görə, siyahıda Azərbaycanın da adı var.
Terrorla mübarizə qərargahı qeyd edir ki, söhbət davam edən potensial təhlükədən gedir, İsrail vətəndaşlarına zərurət olmadan Azərbaycana səyahət etməmək tövsiyə olunur. 

Bu gün ümumdünya su günüdür

Bu gün BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlanıb.
Ümumdünya su ehtiyatları günü haqqında ilk təklif 1992-ci il iyunun 3-14 tarixləri arasında Rio-de-Janeyroda baş tutmuş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) səsləndirilib.

вторник, 20 марта 2012 г.

ABŞ dövlət katibindən bayram təbriki

ABŞ dövlət katibi Hillari Klinton dünyada Novruzu qeyd edən hər kəsi bayram münasibətilə təbrik edib. ANS PRESS-in ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, H. Klinton təbrikində bildirib ki, 3000 ildən çoxdur Novruz dünyada milyonlarla insan üçün bir ümid dövrüdür: “Amerika xalqı bu yeni ili, ailələr və dostlarla əlaqələrin gücləndirilməsi imkanını alqışlayaraq sizlərə qoşuluruq. 

суббота, 17 марта 2012 г.

Terror aktı törətməkdə təqsirli bilinən şəxs edam olundu

Belarusun paytaxtı Minsk şəhərinin metrosunda törədilən terror aktında iştirakda təqsirli bilinən Vladislav Kovalyov edam olunub.
APA-nın məlumatına görə, bu gün Vitebskda yaşayan V.Kovalyovun anası Lyubov Kovalyova ev ünvanına oğlunun edam olunması ilə bağlı məktub alıb.
Xatırladaq ki, Minsk Metropoliteninin «Oktyabrskaya» stansiyasında terror aktı 2011-ci il aprelin 11-də törədilib. 

среда, 14 марта 2012 г.

İsveçrədə dəhşətli qəza:22-si uşaq olmaqla,28 nəfər həyatını itirdi [Video]

İsveçredə, Belçikalı uşaqları, məktəbin xizək gəzintisindən gətirən  avtobus, qəzaya uğradı. 22-si uşaq olmaqla, 28 adam öldü.
Xizək tətillərini, İsveçrədə keçirən Belçikanın Flandres bölgəsinin Lommel və Heverlee şəhərlərində təhsil alan şagirdlər, tətillərini sona çatdırıb, geri dönürdülər. 

"ABŞ İranı bu ilin sonunda vuracaq"

Rusiyanın nüfuzlu Kommersant qəzeti, ABŞ-ın İranı vuracağı tarixi açıqladı. Adının açıqlanmasını istəməyən,yüksək rütbəli rus məmuru,İsrailin ABŞ-ı, İranı vurmaq üçün şantaj etdiyini bildirib.Belə ki, o, növbəti seçkilərə qədər, İran vurulmasa, yəhudi icmasının Obamaya səs verməyəcəyini açıqlayıb.

вторник, 13 марта 2012 г.

Yahoo FaceBooku məhkəməyə verdi

 
Tanınmış İnternet şirkəti Yahoo dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook-u məhkəməyə verib. İddia ərizəsinə əsasən, Facebook şirkətə məxsus olan və Yahoo-nun adına patenləşdirilmiş 10 texnologiyadan qeyri-qanuni yolla istifadə edib. 
Öz iradlarını Yahoo, hələ fevral ayında irəli sürmüş və məsələnin dinc yolla həlli üçün Facebook-dan külli miqdarda kompensasiya tələb etmişdi. 


понедельник, 12 марта 2012 г.

Peruda velosipedçilər soyunaraq etiraz etdilər [Video]

Peruda velosipedçilər, qeyri-adi etiraz üsuluna əl atıblar. Soyunan nümayişçilər, bu etiraz aksiyası ilə, avtomobil sürücülərinə izah etməyə çalışıblar ki, onlar, digər nəqliyyat vasitəsi istifadəçilərinə qarşı , mədəni davranmalıdırlar. Aksiyada , təxminən 500 nəfər perulu soyunaraq çılpaq velosiped sürüb. 
“Soyunmuşuq ki, onlara ətdən və qandan ibarət olduğumuzu göstərək, çünki onlar çox vaxt bunu unudurlar. Avtomobil sürücüləri yollarda çox lovğadırlar”.

İran ayətullahlarından “Anti-Novruz” çağırışları

İran ayətullahları Məhərrəm Şirazi və Safi Qolpaeqani ölkə vətəndaşlarını Novruz bayramını- ilaxır çərşənbəni qeyd etməməyə çağırıb. Ayətullahlar fikirlərini onunla əsaslandırırlar ki, bayram İslama qədər zərdüştlük dini geniş yayılan zaman qeyd edilirmiş. 

Yanğın faciəsi: 11 nəfər həyatını itirdi. [Video]

Esenyurtda bir inşaat tikintisində, işçilərin qaldığı çadırlarda baş verən yanğın nəticəsində, 11 adam həyatını itirdi.
Güzelyurt Məhəlləsi, 6-cı prospekt üzərindəki bir inşaat tikintisində, işçilərin yataqxana olaraq istifadə etdiyi çadırlarda, hələ məlum olmayan bir səbəblə yanğın baş verib.

суббота, 10 марта 2012 г.

ABŞ Senatından Türkiyə əleyhinə qətnamə

ABŞ Senatı Türkiyədə dini dözümsüzlük haqqında qətnamə qəbul edib. Türkiyə mətbuatının yaydığı məlumata görə, qətnamənin təşəbbüskarları kimi ermənipərəst senatorlar çıxış ediblər. Qətnaməyə görə, rəsmi Vaşinqton Ankaradan əqidə azadlığına hörmət göstərilməsini və dini dözümsüzlüyə yol verilməməsini tələb edib. 

понедельник, 5 марта 2012 г.

Konqoda dəhşətli partlayış. 200 ölü var [Video]

Konqonun paytaxtı Brazzavildə partlayan hərbi silah-sursat anbarı yerləşdiyi bölgəni yerlə yeksan etdi.
Silah anbarında baş verən 3 ayrı partlayışda, ilkin məlumatlara görə, 200 adam həyatını itirib, çox sayda adam  yaralanıb.
200 adamın həyatını itirməsinə səbəb olan partlayış, bir təhlükəsizlik kamerasına da əks olundu. 

воскресенье, 4 марта 2012 г.

Polşada 2 qatar toqquşdu. Ölənlər var [Video]

  

Polşanın Szczekociny şəhəri yaxınlığndakı Krakow qəsəbəsində baş verən qatar qəzasında 15 adam həyatını itirib, 54 yaralıda 30-nun vəziyyətinin daha ağır olduğu  bildirilir.
Qatar qəzasını son illərdə Polşada baş verən ən böyük tragediya kimi qiymətləndirən Polşa Nəqliyyat Naziri Slawomir Nowak Polşada nəşr edən TVN24-ə verdiyi müsahibədə bu ana qədər 15 adamın öldüyü və yaralılar arasında 30 adamın da ciddi şəkildə həyati təhlükələrinin olduğunu ifadə etdi.

суббота, 3 марта 2012 г.

Körpəsini ağladığı üçün 14-cü mərtəbədən atdı.

Körpəsini ağladığı üçün 14-cü mərtəbədən atdı.
Rusiyada modellik edən bir qadın 4 aylıq körpəsini ağladığı üçün 14üncü mərtəbədən aşağı ataraq öldürüb.
Rus xəbər agentliyi RİA Novostinin verdiyi xəbərə görə müxtəlif reklam agentliklərinə modellik edən bir qadın 4 aylıq öz körpəsini, ağladığı və susmadığı üçün  öldürüb.

вторник, 28 февраля 2012 г.

Sürətli qatara yox deyən italyan aktivist ölümünü sürətləndirdi [Video]


İtalyanın Torino şəhəri ilə Fransanın Lion şəhəri arasında çəkilməsi nəzərdə tutulan sürətli qatar xəttinin çəkilməsinə etiraz edən edən Sürətli Qatara Xeyr (NO TAV) qrupunun lideri Luca Abba  komalıq oldu.
Torino yaxınlarında sürətli qatar  xəttiylə əlaqədar görülən işlərə maneə yaratmaq istəyən Abba, əlində NO TAV yazılı bayraqla birlikdə elektrik dirəyinə dırmaşdı. Bayrağı dirəyə bağlayan Abba, daha sonra bir anda yüksək elektrik cərəyanına qapılaraq yerə düşdü. 

İranda yer titrədi.Yaralananlar var.

İranın şərqindəki Ravan şəhərində 5,4 bal gücündə zəlzələ olub. İlkin məlumatlara görə 6 adam yaralanıb.
İran dövlət televiziyası, zəlzələnin binalara, yollara, su kanallarına və şəhərin yaxınındakı anbara ziyan verdiyini bildirib.
Televiziyanın verdiyi xəbərdə, həmçinin, şəhərin ətrafındakı çöl bölgədə olan bəzi evlərin də ziyan gördüyü  ifadə edildi.
Xatırladaq ki, Ravan şəhəri, paytaxt Tehranın 750 kilometr  cənub-şərqində yerləşir