“Böyük oyun” öncəsi “Xəzər Lənkəran” komandası növbəti məşqini martın 22-də keçirdi. 12cioyuncu.info saytının əldə etdiyi məlumata görə komanda martın 22-də Bakının Xırdalan qəsəbəsində yerləşən Bakı şəhər yol polisi idarəsinə məxsus stadionda saat 16:00-da məşqə çıxıb. Əsasən toplu çalışmalarla davam edən hazırlıq prossesinin sonunda iki tərəfli oyun da keçirilib.
Показаны сообщения с ярлыком Futbol. Показать все сообщения
Показаны сообщения с ярлыком Futbol. Показать все сообщения
четверг, 22 марта 2012 г.
суббота, 17 марта 2012 г.
пятница, 16 марта 2012 г.
Yığma komandamız FİFA-nın reytinqindən kənarda qaldı
Qadınlardan ibarət milli
komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə,
FİFA-nın 2012-ci il üçün ilk reytinqində 174 yığma yer alıb.
Bu komandalardan 134-ü topladığı xalla əsasən müvafiq yerlərdə qərarlaşıb. İlk
3 pillədə ABŞ (2166), Almaniya (2163) və Yaponiya (2114) yığmaları qərarlaşıb.
Adı əsas reytinqdən kənarda olan 40 milli komandanın hamısı isə topladığı xaldan asılı olmayaraq, 135-ci pillədə qərarlaşıb.
Adı əsas reytinqdən kənarda olan 40 milli komandanın hamısı isə topladığı xaldan asılı olmayaraq, 135-ci pillədə qərarlaşıb.
четверг, 15 марта 2012 г.
"Cüneyt Biçər özü getdi." Xəzər Lənkəran "yerlibazlığa" başlayır.
Cüneyt
Biçər özü vəzifəsindən getmək istəyirdi. Rəhbərlik bu səbəbdən baş məşqçi
postunda dəyişik etməyə qərar verdi”. Bu fikirləri apasport.az saytına
açıqlamasında “Xəzər Lənkəran” klubunun icraçı-direktoru Höccət Hacıyev deyib.
Onun sözlərinə görə, ötən il dekabrın əvvəlində Mirça Rednikin yerinə gətirilən Cüneyt Biçər baş məşqçi kimi işini davam etdirmək istəməyib: “O, hələ “İnter”lə oyundan əvvəl rəhbərliyə getmək istədiyini demişdi.
Onun sözlərinə görə, ötən il dekabrın əvvəlində Mirça Rednikin yerinə gətirilən Cüneyt Biçər baş məşqçi kimi işini davam etdirmək istəməyib: “O, hələ “İnter”lə oyundan əvvəl rəhbərliyə getmək istədiyini demişdi.
Çelsi-Napoli 4-1 (Azərbaycanca Videoİcmal) ÇL 8/1 15.03.2012
Çempionlar Liqası, 2011/2012 mövsümünün 8/1 final mərhələsi
çərçivəsində,2-ci oyun günündə, "Çelsi" klubu İtaliyanın "Napoli" klubu
ilə qarşılaşıb. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan "Çelsi" evdə bu
məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Matçın 90 dəqiqəsi 3:1 hesabı
ilə başa çatdığından əlavə hissəyə ehtiyac yaranıb. Burada daha bir
dəfə fərqlənən "zadəganlar" növbəti mərhələyə adlayıblar - 4:1.
среда, 14 марта 2012 г.
Qarabağ heç-heçə ilə Neftçi qələbə ilə döndü [Videoİcmal]
Azərbaycan kubokunun 1/4
final mərhələsin ilk oyunları çərçivəsində “Qəbələ” “Qarabağ”ı qəbul etdi. Maraqlı
idman mübarizəsində keçən oyun 2:2 hesablı bərabərliklə başa çatdı.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Kubok oyunları çempionatdan fərqli olur. Hər iki
komanda bu gün diqqətli oyun göstərdi, futbolçular sona kimi mübarizə
apardılar. Cavab oyununun necə keçəcəyini bilmirəm. Hər iki komandanın şansı
eynidir. Bugünkü oyunda hesab ədalətli oldu”.
четверг, 8 марта 2012 г.
Balotelli bir həftəlik əmək haqqından məhrum edildi
O, Boltonla oyun ərəfəsində, komandanın yuxu vaxtından gec, düşərgəyə gəldiyi üçün cəzalandırılıb. Xatırladaq ki, Balotellinin həftəlik maaşı, 120 min funt sterliqdir.
Bəzi mənbələrin verdiyi xəbərə görə, o, qız dostu ilə striptiz kluba gedibmiş. Başı qızlara qarışan futbolçu,yuxu vaxtına gecikib.
Futbolçu verdiyi açıqlamada cərimədən narazı olmadığını və səhvin onda olduğunu qəbul edib.
среда, 7 марта 2012 г.
Azərbaycan Premyer Liqasının XIX turu - İcmallar (Yenilənir)
Premyer Liqanın XIX turu çərçivəsində “Xəzər Lənkəran“
komandası bu gün , martın 7-də Tovuz şəhər stadionunda “Turan” klubunun qonağı
oldu. Komandanın heyətində bəzi itkilər var idi. Belə ki, zədə üzündən Kamran
Ağayev və Elnur Allahverdiyev, həmçinin sarı vərəqə limitini aşdığına görə Eder
Bonfim, Katalin Doman və Andre Mureşan “Turan”la oyunda komandaya kömək edə
bilmədilər.Matçın ilk dəqiqələrində hesabı açan “Xəzər Lənkəran” komandası
Tovuz təmsilçisi ilə qarşılaşmadan 3-xalla ayrıldı.
Arsenal-Milan 3-0 (Məlumat+HQ Videoİcmal) 06.03.12
Səfərdə "Milan"a 4-0 hesabı ilə məğlub olaraq vəziyyətini
gərginləşdirən "Arsenal", doğma azərkeşləri önündə möcüzə yaratmalıydı. Koselnınin 7-ci dəqiqədə hesabı
açması topçuları ümidləndirdi. Ardından, 26-cı dəqiqədə Rosiçki, hesabı 2-0 etdi.
42-ci dəqiqədə van Persi penaltidən,3-cü qolu vuranda, hamı,42 dəqiqə əvvəl
mümkünsüz görünənə inanmağa başladı. Amma topçular bundan artığını edə
bilmədilər. ilk hissəyə 3 qol yerləşdirən "Arsenal" ikinci hissədə lazım olan 1
qolu vura bilməyincə, "Milan " növbəti mərhələyə adladı.
вторник, 28 февраля 2012 г.
Hindistan - Azərbaycan 0-3 (Yoldaşlıq Görüşü) 27.02.12 [Videoİcmal]
Dubayda təlim-məşq prosesini davam etdirən Azərbaycan futbol yığma komandası növbəti yoldaşlıq görüşünü dünən Hindistan futbolçuları ilə keçirib.
Yığmamızın hücumçusu Vüqar Nadirov oyunun 3-cü dəqiqəsində hesabı açaraq komandamızı önə çıxarıb. Bundan sonra daha 2 dəfə fərqlənən yığmamızın qollarına 43-cü dəqiqədə penaltidən Mahir Şükürov və 84-cü dəqiqədə Nizami Hacıyev imza atıblar.
воскресенье, 26 февраля 2012 г.
Qalatasaray - Beşiktaş (3-2) 26.02.12 [Videoİcmal]
Türkiyə çempionatının 28-ci turunda aslan qartaldan bir baş üstün oldu. Turun bağlanış matçında qələbə qazanan Qalatasaray xal ehtiyyatını 63-ə qaldırdı. Aslanın qollarına 15 və 90+1 dəqiqələrində Elmander,52 ci dəqiqədə isə Melo imza atdı. Beşiktaşın 2 dəfə hesabda geri düşdüyü oyunda ilk bərabərlik qolunu 49-cu dəqiqədə İbrahim Toraman vurdu.
суббота, 25 февраля 2012 г.
Azərbaycan - Sinqapur 2-2 (Yoldaşlıq Görüşü) 24.02.12 [Videoİcmal]
24 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki The Seven stadionunda Azərbaycan və Sinqapur yığma komandaları yoldaşlıq görüşündə üz-üzə gəliblər. Oyunda hesabı 15-ci dəqiqədə yığmamızın oyunçusu Rauf Əliyev açıb. 62-ci dəqiqədə standart vəziyyətlərin mahir ifaçısı, Mahir Şükürov hesabı 2-0-a çatdırıb.
Подписаться на:
Сообщения (Atom)











