Показаны сообщения с ярлыком Şou-Biznes. Показать все сообщения
Показаны сообщения с ярлыком Şou-Biznes. Показать все сообщения

четверг, 8 марта 2012 г.

Lady Gaga daha bir rekorda imza atdı

Məşhur amerikalı müğənni,Lady Gaga 20 milyon izləyici toplayan, ilk Twitter istifadəçisi kimi, sosial şəbəkənin tarixinə keçdi.
Albomları ilə satış rekordarları qıran müğənni, bu üstünlüyünü sosial şəbəkələrdə də davam etdirir.Gaga,20 milyon izləyici toplayan ilk istifadəçidir. Növbəti pillələrdə, 18 milyon izləyici ilə Justin Bieber,15.7 milyon izləyici ilə Katy Perry və 14.5 milyonla Shakira məskunlaşıb.

Selena Gomez bikinisi ilə Twitteri "yandırdı"

Gənc ulduzun paylaşımı sosial şəbəkə istifadəçilərini yandırıb-yaxdı.
Justin Bieberlə sevgi macəraları yaşayan gənc müğənni və aktrisa, Selena Gomez, Flo Ridada tətildədir. Gomez, tətil zamanı çəkdirdiyi fotonu Twitterdə paylaşdı. Bikini ilə çəkilən foto paylaşılan kimi, müğənni fanatları tərəfindən mesaj atəşinə tutuldu. Justin Bieberin də tezliklə,sevgilisinin yanına gələcəyi gözlənilir.

вторник, 6 марта 2012 г.

Lady Gaganın arxivindən.Ofisiant Gaga necə seksi lady oldu?[FotoLent]

İngiltərənin məşhur dərgiləri, Lady Gaganın 18 yaşında olarkən çəkdirdiyi şəkilləri yayımlayıblar. İndi milyonlarla dollarlıq proyektlərə imza atan Gaga, o vaxtlar, günə 50 dollara, ofisiant kimi çalışırdı. Əsl adı, Stefani Germanotta olan Lady Gaganın 8 il öncəki şəkilləri yayımlayan dərgidə belə şərh verilib. “O günlərdə, məşhur olmağı xəyal edən Gaga, sonda istəyinə qovuşdu ”


среда, 29 февраля 2012 г.

Mina - Gəlin dönək evə [Klip]

Vahid Mustafayevin rejissoru olduğu "Xoca" bədii filminin soundtracki olan "Gəlin dönək evə" mahnısı üçün hazırlanmış klip BakıFilm-in rəsmi youtube kanalında izləyicilərə təqdim edildi.
Klipdə filmdən kadrlarla yanaşı Minanın səsyazma studiyasındakı ifasından da epizodlar var. Gənc müğənninin yeni imicdə olması da nəzərlərdən qaçmır.
Klipi sizə təqdim edirik.

вторник, 28 февраля 2012 г.

Artistin Oskar alması Twitterdə Demet Akalını məzə obyektinə çevirdi.

Bir neçə gün öncə, Artist filmini kinoteatrda izləyən Akalın,filmdən narazı qalmış və bilet pulunu geri istəmişdi. Əsas olaraq o filmin ağ-qara və səssiz olmasını qeyd etmişdi.
Kinoteatr rəhbərliyi bilet pulunu geri qaytarmamış, əvəzində müğənniyə başqa bir filmə bilet təklif etmişdi.
Filmin 10-cu dəqiqəsindən salonu tərk edən ulduz bu haqda twitter sosial şəbəkəsində də qeydlər aparmışdı.

понедельник, 27 февраля 2012 г.

Natavan Həbibi depressiyadan necə çıxdı? [Video]

Uzun müddətdir ki efirlərdə görünməyən, depressiyada olduğu bildirilən və bir müddət haqqında ölüm şaiyəsi yayılan müğənni Natavan Həbibidən yeni açıqlamalar.
Tanınmış müğənni  Natavan Həbibi uzun müddətdən sonra yenidən RTV şirkətlər qrupunun istehsalı olan, şou-məkan verilişinə müsahibə verib. Piar məsələsində sərhədlərindən danışan müğənni, açıq-saçıq geyimlərlə gündəmdə olmağın əleyhinə olduğunu qeyd edib. İstedadına və səsinə güvəndiyini deyən Nata,istəmədiyi mahnını da reytinq  naminə  oxumayacağını əlavə edib. 

суббота, 25 февраля 2012 г.

Şou-Biznesimizin yaxşı oğlanı kimdir? [Video]

Manaf Ağayev, RTV-in Şou-Məkan verilişinə verdiyi müsahibədə,jurnalistlərin onun sənətindən xəbərsiz olduğunu,disklərinə tam baxmadan onu bayağı mahnılar ifa etməkdə günahlandırdıqlarını deyib. O həmçinin tamaşaçıların onu,yaxşı oğlan kimi tanıdıqlarını qeyd edib. Bundan başqa nömrə bir ulduzlara da söz atmaqdan çəkinməyən Manaf, "Nömrə maşınlarda olur" deyib.
AzTopNeWs sizə Şou-Məkan verilişdən bu parçanı təqdim edir.