среда, 7 марта 2012 г.

Düşmən ölkə "Eurovision"da iştirakdan imtina etdi.

Ermənilər Eurovision 2012-də iştirak etməyəcək. Bu gün Ermənistanın İctimai Televiziyası Avropa Yayım Birliyinə bununla bağlı rəsmi məktub göndərib.
AzTopNews-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə,«Eurovision» mahnı müsabiqəsinin rəhbəri (Executive Supervisor) Yan Ola Sand, bu qərarı belə dəyərləndirib: “Biz çox təəssüflənirik ki, onlar bu cür qərar qəbul etdilər. 


EBU-nun səylərinə baxmayaraq, bəzi bizdən asılı olmayan səbəblərə görə, onlar belə qərar verdilər”.
Bakıda keçiriləcək 57-ci Eurovision mahnı müsabiqəsində 43 ölkə yox, 42 ölkə iştirak edəcək.

Комментариев нет:

Отправить комментарий