четверг, 22 марта 2012 г.

Meteohəssas insanlara xəbərdarlıq!!!

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara növbəti dəfə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, martın 23-dən 25-dək Abşeron yarımadasında təzadlı dəyişkən hava şəraiti, xəzri və gilavar küləklərinin tez-tez bir-birini əvəz etməsi, havanın temperaturunun xeyli tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Göyçayda avtomobil piyadanı vurdu

Azərbaycanın Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14:00 radələrində Göyçay şəhərinin Əli Kərim küçəsində qeydə alınıb. Rayonun Şəkər kənd sakini, 1966-cı il təvəllüdlü Əhmədov Zülfü Səməd oğlu idarə etdiyi 23-BB-652 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili ilə yolu keçən piyadanı - 1968-ci il təvəllüdlü Eyvazov Akif Əlisa oğlunu vurub. 

"Azərbaycan İsrail vətəndaşları üçün təhlükəli ölkələrdən biridir"

İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşları üçün terror təhlükəsinin real olduğu ölkələrin adını açıqlayıb.
APA-nın “İzrus”-a istinadən verdiyi məlumata görə, siyahıda Azərbaycanın da adı var.
Terrorla mübarizə qərargahı qeyd edir ki, söhbət davam edən potensial təhlükədən gedir, İsrail vətəndaşlarına zərurət olmadan Azərbaycana səyahət etməmək tövsiyə olunur. 

Bu gün ümumdünya su günüdür

Bu gün BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlanıb.
Ümumdünya su ehtiyatları günü haqqında ilk təklif 1992-ci il iyunun 3-14 tarixləri arasında Rio-de-Janeyroda baş tutmuş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) səsləndirilib.

İntihar edən ana bayram günündə uşağını yetim qoydu

Balakən rayonunda intihar hadisəsi baş verib. Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 21-də rayonun Gərəkli kəndində qeydə alınıb. Kənd sakini, 25 yaşlı Rəsmiyə Həsən qızı Həsənova yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asıb.

Şamaxıda torpaq sürüşməsi baş verib

Şamaxı rayonunda Muğanlı kəndi ərazisində torpaq sürüşməsi baş verib. Şamaxı rayon İcra Hakimiyyəti başçısının sosial işlər üzrə müavini Ağamustafa Vahidovun ANS PRESS-ə verdiyi məlumata görə, 2009-cu ildən gedən torpaq sürüşməsi bu il yağıntılardan sonra daha da intensivləşib. Əgər ötən ildən 14 ev qəzalı vəziyyətdə idisə, indi onların sayı 50-yə çatır.

среда, 21 марта 2012 г.

Günlük Qoroskop [22.03.2012]

QOÇ:
Bu gün ev və ailə mühitinizdə sevgi və şəfqət göstərmək və ya qarşıdan eyni şeyi gözləmək ehtiyacında ola bilərsiniz. Bir az düşünməli və davranışlarınızı nəzərdən keçirməlisiniz. İlişkilerinizdeki problemləri ancaq belə həll edə bilərsiniz. Işinizdən bir az uzaqlaşa bilərsiniz.