суббота, 17 марта 2012 г.

Növbəti mitinq mayın 6-da keçiriləcək

Bu gün Moskva şəhərinin Puşkin meydanında mitinq keçirən müxalifət qüvvələri növbəti aksiyanı mayın 6-da keçirmək qərarına gəliblər. APA-nın məlumatına görə, «Sol cəbhə»nin əlaqələndiricisi Sergey Udaltsov mitinq iştirakçılarına bu tarixin səsvermə yolu ilə müəyyənləşdirməyi təklif edib. Qeyd edək ki, mayın 7-də Moskvada yeni seçilmiş prezident Vladimir Putinin inauqurasiyası keçiriləcək. 

Terror aktı törətməkdə təqsirli bilinən şəxs edam olundu

Belarusun paytaxtı Minsk şəhərinin metrosunda törədilən terror aktında iştirakda təqsirli bilinən Vladislav Kovalyov edam olunub.
APA-nın məlumatına görə, bu gün Vitebskda yaşayan V.Kovalyovun anası Lyubov Kovalyova ev ünvanına oğlunun edam olunması ilə bağlı məktub alıb.
Xatırladaq ki, Minsk Metropoliteninin «Oktyabrskaya» stansiyasında terror aktı 2011-ci il aprelin 11-də törədilib. 

Türkiyə və Azərbaycandan müştərək tank istehsalı layihəsi

Türkiyə və Azərbaycan Altay döyüş tanklarının birgə istehsalı ilə bağlı danışıqlar aparırlar. Lenta.ru-nun verdiyi məlumata görə, Azərbaycan Müdafiə Nazirliyi həmçinin Ukrayna ilə köhnəlmiş zirehli texnikaların modernləşdirilməsi müəssisələrinin yaradılması ilə bağlı da danışıqlar aparır.
Qeyd edək ki, Altay tankları Türkiyənin Otokar və Cənubi Koreyanın Hyundai Rotem şirkətləri tərəfindən K-2 Black Panther-in bazası əsasında yaradılıb. 

пятница, 16 марта 2012 г.

Günlük Qoroskop [17.03.2012]

QOÇ
Bu gün səyahət və ya təhsilə söykənən işləriniz daha çox ön planda ola bilər. İş sahələrinizdə tutacağınız fürsətləri yaxşı qiymətləndirməlisiniz. Uzun zamandır çətinlik çəkdiyiniz iş və kariera sahələrinizdə müsbət qarlılıqlı təsirlər var.


Yığma komandamız FİFA-nın reytinqindən kənarda qaldı

Qadınlardan ibarət milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA-nın 2012-ci il üçün ilk reytinqində 174 yığma yer alıb.
Bu komandalardan 134-ü topladığı xalla əsasən müvafiq yerlərdə qərarlaşıb. İlk 3 pillədə ABŞ (2166), Almaniya (2163) və Yaponiya (2114) yığmaları qərarlaşıb.
Adı əsas reytinqdən kənarda olan 40 milli komandanın hamısı isə topladığı xaldan asılı olmayaraq, 135-ci pillədə qərarlaşıb. 

Daha bir əsgərimiz minaya düşdü

Azərbaycan Ordusunun əsgəri minaya düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb. Milli Ordunun əsgəri, 20 yaşlı Anar Hüseynqulu oğlu Məmmədov düşmənlə təmas xəttində minanın partlaması nəticəsində ağır yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Qeyd edək ki, A. Məmmədov Bakının Xətai Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

четверг, 15 марта 2012 г.

Bərdədə 2 məcburi köçkün qız üstündə bıçaqlandı [Video]

Bərdədə bıçaqlanma hadisəsi qeydə alınıb. Ağdam rayonundan olan 2 məcburi köçkün, kimliyi hələ də dəqiqləşdirilməyən şəxs tərəfindən,bıçaqlanıblar. Xəsarət alan dostlar,xəstəxanaya yerləşdiriliblər. Hal-hazırda onların vəziyyətinin normal olduğu bildirilir.Polis idarəsindən,araşdırma aparıldığını əsas gətirərək,açıqlama verməyiblər.