Azərbaycanda
"SEPAH"-la əməkdaşlıq edən dəstə zərərsizləşdirilib. ANS PRESS-in
Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinə istinadən
verdiyi məlumata görə, nazirliyin həyata keçirdiyi əməliyyat tədbirləri
nəticəsində, Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyi
zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə və digər ağır cinayətlərin
törədilməsində təqsirli bilinən 22 nəfər ifşa olunaraq tutulub.
среда, 14 марта 2012 г.
İnter - Xəzər Lənkəran matçını canlı izlə
Azərbaycan kuboku uğrunda ¼ final mərhələsinin ilk oyun günü “İnter” “Xəzər Lənkəran” matçı canlı izlə 14 mart
2012-03-14
Martın 14-də keçiriləcək Azərbaycan kubokunun ¼ final mərhələsinin
ilk oyunları çərçivəsində keçiriləcək “İnter”
“Xəzər Lənkəran” matçı bu komandalar arasındakı 27-ci qarşılaşma olacaq.
İndiyədək bakılılarla 20 dəfə çempionat,
6 dəfə kubokda üz-üzə gələn lənkəranlılar , bu görüşlərdə 6 qələbə qazanıb və 7
dəfə məğlub olublar.
вторник, 13 марта 2012 г.
Yahoo FaceBooku məhkəməyə verdi
Tanınmış İnternet şirkəti Yahoo
dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook-u məhkəməyə verib. İddia ərizəsinə
əsasən, Facebook şirkətə məxsus olan və Yahoo-nun adına patenləşdirilmiş 10
texnologiyadan qeyri-qanuni yolla istifadə edib.
Öz iradlarını Yahoo, hələ fevral ayında irəli sürmüş və məsələnin dinc yolla həlli üçün Facebook-dan külli miqdarda kompensasiya tələb etmişdi.
Öz iradlarını Yahoo, hələ fevral ayında irəli sürmüş və məsələnin dinc yolla həlli üçün Facebook-dan külli miqdarda kompensasiya tələb etmişdi.
понедельник, 12 марта 2012 г.
KinoSeans: "Kuklalar" filmi
AzTopNews, bu gündən etibarən ,hər
gün sizə, Azərbaycan və dünya kinosunun ən
son və ən yaddaqalan nümunələrini təqdim edəcək.
Müstəqillik illərində çəkilmiş filmlərimiz
çox vaxt tənqidə məruz qalsalar da,tamaşaçı və kinotənqidçilərinin rəğbətini
qazananlar da olub. Bu gün sizə təqdim edilən "Kuklalar" filmi də bu
qəbildəndir. Film ölkəmizi müxtəlif xarici film festivallarında təmsil
etmişdir.
Peruda velosipedçilər soyunaraq etiraz etdilər [Video]
Peruda velosipedçilər, qeyri-adi etiraz üsuluna əl atıblar. Soyunan nümayişçilər, bu etiraz aksiyası ilə, avtomobil sürücülərinə izah etməyə çalışıblar ki, onlar, digər nəqliyyat vasitəsi istifadəçilərinə qarşı , mədəni davranmalıdırlar. Aksiyada , təxminən 500 nəfər perulu soyunaraq çılpaq velosiped sürüb.
“Soyunmuşuq ki, onlara ətdən və qandan ibarət olduğumuzu göstərək, çünki onlar çox vaxt bunu unudurlar. Avtomobil sürücüləri yollarda çox lovğadırlar”.
Подписаться на:
Сообщения (Atom)






