Yüksək sürət yenə can aldı. Daha bir qəza, Bərdə-Tərtər magistralında baş verib. Yüksək sürətlə hərəkət edən Mersedes markalı avtomobil, yoldan çıxaraq dərəyə yuvarlanıb. Şahidlərin dediklərinə görə, sürücü ötmə əməliyyatını yerinə yetirərkən gecikib və qarşıdan gələn avtomobillə toqquşmadan qaçmaq üçün, yolun tamamilə sol tərəfinə keçib, Yolun soluna çıxandan sonra torpaq yola düşən avtomobil, sürüşərək idarəetməni itirib. Nəticədə maşın yolun solundakı, daş karxanasına məxsus dərəyə yuvarlanıb.
понедельник, 12 марта 2012 г.
Vərəmə qarşı yeni vaksinlər hazırlanır
Dünyada vərəmə qarşı yeni vaksinlər hazırlanır. AzTopNews-un APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova bildirib.
Onun sözlərinə görə, hazırda vərəmə qarşı hazırlanan 10-a yaxın yeni vaksin sınaqdan keçirilir. Mütəxəssis deyib ki, bu yenilik vərəmin qarşısını almaq üçün müsbət dəyişikliklərə nail olmağa imkan verəcək.
воскресенье, 11 марта 2012 г.
Siyəzəndə qəza:5 nəfər xəsarət aldı
Bu gün Siyəzən rayonu ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Xaçmaz rayonu, Yalama kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Ramil Nazir oğlunun idarə etdiyi 90 MX 258 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomaşını ilə 29 AC 078 dövlət nömrə qeydiyyatlı yük maşını toqquşub.
Подписаться на:
Сообщения (Atom)





