İsveç parlamentində, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, qətnamənin müzakirəsi aprelin ikinci ongünlüyünə təyin olunub. Bu barədə İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib.
Emil Mirzəyevin sözlərinə görə, İsveç parlamentinin deputatları, qətnamənin aprelin 10-da müzakirəyə çıxarılacağını, qeyd olunan müddətdə qətnamə ilə bağlı səsvermənin keçiriləcəyini bildirib. Xatırladaq ki, bu, İsveç parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair səsverməyə çıxarılacaq ilk qətnamədir.






