Göyçay rayonunda yanğın hadisələri baş verib. Hadisələr martın 7-də axşam saatlarından rayonda əsməyə başlayan güclü küləkdən sonra qeydə alınıb.
Baş verən yanğın nəticəsində Ləkçiplaq, Kürdəmiş və Qaraman kəndlərində kol-kos, ağaclar və quru ot, torpaq sahələrin kənarındakı qamışlıq zolağı yanıb.
Yanğının həyətyanı sahələrə, yaşayış evlərinə keçməsinin qarşısının alınması üçün, Göyçay yanğından mühafizə hissəsinin maşınları və canlı qüvvəsi,hadisə yerlərinə cəlb edilib və alov söndürülüb.






.jpg)