суббота, 7 апреля 2012 г.

Qəbələ - Xəzər Lənkəran matçını canlı izlə (yüksək keyfiyyətlə)

Bu gün saat 18:00-da, Qəbələ komandası öz meydanında "Xəzər Lənkəran"ı qəbul edəcək. Ötən turda məğlub olaraq,xal itirən "Qəbələ" bu görüşdə qələbə qazanmaq əzmindədir. Lənkəran təmsilçisinin də oyunu asanlıqla əldən verəcəyini demək olmaz.

пятница, 30 марта 2012 г.

Günlük Qoroskop [31.03.2012]



QOÇ

Bu gün ortaq şəkildə maddi xərcləmələriniz və gəlirləriniz mövzusunda gözəl təsirlərə sahib olacaqsınız. Həll etməniz lazım olan mövzular üçün bu günü qiymətləndirməkdən qaçınmayın.

четверг, 29 марта 2012 г.

Günlük Qoroskop [30.03.2012]


QOÇ

Bu gün başınız sürətli və məntiqli işləyəcəkdir. Ünsiyyətə söykənən mövzularda həllə istiqamətli hərəkətə keçmək üçün uyğun bir gün ola bilər. Xüsusi əlaqələrinizdəki problemləri kimsəylə paylaşmayacaqsınız.

среда, 28 марта 2012 г.

Günlük Qoroskop [29.03.2012]


QOÇ

Bu gün, fəal olacağınız, istədiyiniz bir çox şeyi reallaşdıracağınız və nəticələrini gör
cəyiniz bir gün ola bilər. İctimai ətrafınızda, yoldaş mühitlərinizdə sevdiyiniz insanla uyğun bir birlik sərgiləyəcəksiniz.

понедельник, 26 марта 2012 г.

Günlük Qoroskop [27.03.2012]


QOÇ

Gələn həftə maddi mövzular, bu mövzulardakı görüşmələr və əlaqələr təsirli olaraq başlayacaqsınız. Gözəl və fərqli olan hər şeydən xoşbəxtlik duyacaqsınlz. Maraqlarınız bu gün daha çox materialist mövzular üzərinə sıxlaşacaq. Bu vaxt eqoizminiz üzərinizdədir.

воскресенье, 25 марта 2012 г.

Bu gün Almas İldırımın doğum günüdür [Video]

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu Sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edilmişdir.

суббота, 24 марта 2012 г.

"Neftçi" - "Xəzər Lənkəran" matçı internetdən canlı yayımda (keyfiyyətli görüntü və donmadan izlə)

Bu gün Unibank Premyer Liqasında XXV turun oyunlarına start veriləcək.İlk oyun günündə 4 qarşılaşma baş tutacaq.
"Neftçi" bu tur əzəli rəqibi "Xəzər Lənkəran"ı qəbul edəcək. "Böyük oyun" adlandırılan bu görüş yenə də diqqət mərkəzindədir.   Əyalət təmsilçisinin təsnifat mərhələsində aldığı 5-0-lıq məğlubiyyət oyunun prinsipiallığını daha da artırır.

пятница, 23 марта 2012 г.

Günlük Qoroskop [24.03.2012]


QOÇ

Bu gün, həyatı sorğulayan tərəflərinizlə həyatdan kef alan istiqamətləriniz üst-üstə düşə bilər. Qadın-kişi əlaqələrində qarşı tərəfin romantikliyini və həyata dünyagörüşünü anlamaqda çətinlik çəkə bilərsiniz. Əyləncəli bir gün olacaq.

ATƏT-in Minsk qrupunda Fransa əvəzlənə bilər

Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyası bununla bağlı sənəd qəbul edib
Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasında Avropa Birliyinin (AB) ATƏT-in Minsk qrupunda Fransanı əvəz etməsini nəzərdə tutan sənəd qəbul olunub. 

четверг, 22 марта 2012 г.

"Böyük Oyun" öncəsi "Xəzər-Lənkəran"ın böyük itkisi

“Böyük oyun” öncəsi “Xəzər Lənkəran” komandası növbəti məşqini martın 22-də keçirdi. 12cioyuncu.info saytının əldə etdiyi məlumata görə komanda martın 22-də Bakının Xırdalan qəsəbəsində yerləşən Bakı şəhər yol polisi idarəsinə məxsus stadionda saat 16:00-da məşqə çıxıb. Əsasən toplu çalışmalarla davam edən hazırlıq prossesinin sonunda iki tərəfli oyun da keçirilib. 

İmişlidə yanğın: Diqqətli qonşu ev sahiblərini xilas etdi [Video]

Bayram gecəsi , İmişli rayonunun Hacımuradlı kəndində yanğın hadisəsi baş verib.Yanğının qısaqapanmadan baş verdiyi bildirilir. Ev sahibləri son anda xilas ola biliblər. Onları diqqətli qonşu xilas edib. Evin alışdığını görən qonşu,dərhal ev sahiblərini oyadaraq,yanğını söndürməyə kömək edib.
AzTopNews  CTV əməkdaşlarının hadisə yerindən çəkdikləri kadrları sizə təqdim edir.

Salyanda mikroavtobus qəzaya uğradı: Xəsarət alanlar var [Video]

Bu gün səhər saatlarında, Salyan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Cəlilabad rayon sakininin idarə etdiyi "Qazel" markalı mikroavtobus,Bakı istiqamətində hərəkətdə olarkən,qarşıdan gələn," Jiquli" markalı avtomobillə toqquşub. Mikroavtobus çevrilərək,yolun kənarına düşüb. Hadisə zamanı 8 nəfər xəsarət alıb.

Ağdamda xeyir-şər evi istifadəyə verildi [Video]

Ağdam rayonunda məcburi köçkünlər  üçün xeyir-şər evi istifadəyə verilib. Gələcəkdə belə binaların digər məcburi köçkün qəsəbələrində də tikiləcəyi gözlənilir.

AzTopNews  CTV əməkdaşlarının Ağdamdan hazırladığı reportajı sizə təqdim edir.

Meteohəssas insanlara xəbərdarlıq!!!

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara növbəti dəfə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, martın 23-dən 25-dək Abşeron yarımadasında təzadlı dəyişkən hava şəraiti, xəzri və gilavar küləklərinin tez-tez bir-birini əvəz etməsi, havanın temperaturunun xeyli tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Göyçayda avtomobil piyadanı vurdu

Azərbaycanın Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14:00 radələrində Göyçay şəhərinin Əli Kərim küçəsində qeydə alınıb. Rayonun Şəkər kənd sakini, 1966-cı il təvəllüdlü Əhmədov Zülfü Səməd oğlu idarə etdiyi 23-BB-652 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili ilə yolu keçən piyadanı - 1968-ci il təvəllüdlü Eyvazov Akif Əlisa oğlunu vurub. 

"Azərbaycan İsrail vətəndaşları üçün təhlükəli ölkələrdən biridir"

İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşları üçün terror təhlükəsinin real olduğu ölkələrin adını açıqlayıb.
APA-nın “İzrus”-a istinadən verdiyi məlumata görə, siyahıda Azərbaycanın da adı var.
Terrorla mübarizə qərargahı qeyd edir ki, söhbət davam edən potensial təhlükədən gedir, İsrail vətəndaşlarına zərurət olmadan Azərbaycana səyahət etməmək tövsiyə olunur. 

Bu gün ümumdünya su günüdür

Bu gün BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlanıb.
Ümumdünya su ehtiyatları günü haqqında ilk təklif 1992-ci il iyunun 3-14 tarixləri arasında Rio-de-Janeyroda baş tutmuş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) səsləndirilib.

İntihar edən ana bayram günündə uşağını yetim qoydu

Balakən rayonunda intihar hadisəsi baş verib. Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 21-də rayonun Gərəkli kəndində qeydə alınıb. Kənd sakini, 25 yaşlı Rəsmiyə Həsən qızı Həsənova yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asıb.

Şamaxıda torpaq sürüşməsi baş verib

Şamaxı rayonunda Muğanlı kəndi ərazisində torpaq sürüşməsi baş verib. Şamaxı rayon İcra Hakimiyyəti başçısının sosial işlər üzrə müavini Ağamustafa Vahidovun ANS PRESS-ə verdiyi məlumata görə, 2009-cu ildən gedən torpaq sürüşməsi bu il yağıntılardan sonra daha da intensivləşib. Əgər ötən ildən 14 ev qəzalı vəziyyətdə idisə, indi onların sayı 50-yə çatır.

среда, 21 марта 2012 г.

Günlük Qoroskop [22.03.2012]

QOÇ:
Bu gün ev və ailə mühitinizdə sevgi və şəfqət göstərmək və ya qarşıdan eyni şeyi gözləmək ehtiyacında ola bilərsiniz. Bir az düşünməli və davranışlarınızı nəzərdən keçirməlisiniz. İlişkilerinizdeki problemləri ancaq belə həll edə bilərsiniz. Işinizdən bir az uzaqlaşa bilərsiniz.