Tanınmış İnternet şirkəti Yahoo
dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook-u məhkəməyə verib. İddia ərizəsinə
əsasən, Facebook şirkətə məxsus olan və Yahoo-nun adına patenləşdirilmiş 10
texnologiyadan qeyri-qanuni yolla istifadə edib.
Öz iradlarını Yahoo, hələ fevral ayında irəli
sürmüş və məsələnin dinc yolla həlli üçün Facebook-dan külli miqdarda
kompensasiya tələb etmişdi.